OPTİK EYNƏK İSTİFADƏ EDƏNLƏRİN NƏZƏRİNƏ - Bunlara diqqət edin! 

optik-eynek-istifade-edenlerin-nezerine-gozlerinizi-yoxladan-zaman-bunlara-diqqet-edinnbsp-1708499862
|
|

Günümüzdə bir çox insan optik eynəklərdən istifadə edir. Həmçinin bir çox apteklərdə pulsuz optik eynək yoxlanışı olur. Bəs apteklərdə olan yoxlanışlar nə dərəcə düzgündür? Optik eynək almaq üçün mütləq həkim yoxlanışına ehtiyac varmı?


Mövzuyla bağlı Azərbaycan Tibb universitetinin göz xəstəlikləri kafedrasının müdiri professor Paşa Qəlbinur Referans.az-a açıqlama verib.


"Optik eynəklərin təyini heç də göründüyü kimi çox sadə deyil. Bəzən insanlarda akkomadasiyanın spazmı, əzələnin spazmı olur. Bu spazmı götürəndən sonra qalan hissənin əyarına uyğun eynək təyin etmək lazım gəlir. Bu cür müayinə apteklərdə mümkün deyil. Ona görə ki, əgər pasiyent ilk dəfədir eynəkdən istifadə edirsə və yaxud gözündəki eynək artıq onun gözünə düşmürsə, eynəklə onun gözünün görmə qabiliyyəti yaxşılaşmırsa, eynək taxdıqdan sonra gözü yenə də zəif görürsə, mütləq oftalmoloqa müraciət etmək lazımdır. Ancaq, məsələn, eynək düşüb qırılıbsa, bu zaman aptekə gedib test şəklində yoxladıb, təkrar sifariş vermək olar. Yəni optik eynəklərin təyini xüsusilə ilk dəfədirsə, həmçinin  ümumiyyətlə əgər görmə zəifliyi varsa, mütləq professional göz həkimi tərəfindən təyin olunmalıdır".  


Aytac Hacıyeva